2000 il oxunmayan yanmış perqament ilk dəfə oxundu
Alimlər süni intellekt və rentgen görüntüləmə üsullarından istifadə edərək, qədim Roma şəhəri Herkulaneumda üzə çıxarılan 2000 il oxunmaz qalan perqamentin şifrəsini açmağa müvəffəq olublar.
79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində kömürləşmiş və son dərəcə kövrək hala düşmüş perqamenti açmaq fiziki olaraq mümkün deyildi.
Bununla belə, alimlər rentgen skanları və süni intellekt tərəfindən dəstəklənən analizlərlə mətnin məzmununu üzə çıxara biliblər.
İlk təhlillərdə perqamentin üzərində yunan hərflərinin aydın göründüyü və mətnin çox güman ki, fəlsəfi məzmun daşıdığı bildirilmişdir.
Herkulaneumda aşkar edilmiş yüzlərlə yandırılmış perqament keçmişdə onları açmaq cəhdləri zamanı parçalanmışdı.
Bu səbəbdən Oksford Universitetinə bağlı Bodleian Kitabxanasındakı bəzi perqamentlər illərdir toxunulmaz şəkildə qorunub saxlanılmışdı. Ancaq inkişaf edən texnologiya ilə elm adamları yeni bir üsul hazırlayıblar.
İngiltərədəki "Diamond Light Source" adlı bir obyektin yüksək güclü rentgen şüaları sayəsində perqament heç bir zərər görmədən skan edilib. Daha sonra süni intellektin köməyi ilə mətndə mürəkkəb izləri aşkar edilib.
Elm adamları papirus və mürəkkəbin hər ikisinin karbon əsaslı olduğu üçün bir-birindən ayırd etməyin son dərəcə çətin olduğunu, lakin yeni texnika ilə uğurlu nəticələr əldə edildiyini bildirirlər.
Mütəxəssislər bütün perqamentin oxunması üçün işlərin davam etdiyini və daha uzun mətnlərin tezliklə üzə çıxa biləcəyini deyirlər.