İsveçdə məktəbdə atışma olub: 5 nəfər yaralanıb
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Hücum zamanı 5 nəfərin güllələndiyini və fövqəladə hallar xidmətinin geniş reaksiya verdiyini bildirilir.
"Beş nəfərin güllə yarası aldığı təsdiqlənib", - deyə polisin açıqlamasında qeyd edilir: “Hazırda buna adam öldürməyə cəhd, yandırma və silahla ağır hücum kimi baxılır”.
Yerli xilasetmə xidmətinin sözçüsü bildirib ki, təcili yardım, xilasetmə xidmətləri və polis hadisə yerindədir.