İsveçdə silahlı hücum: 2 ölü, 2 yaralı


Ötən gün İsveçin Sandviken qəsəbəsində bir restorana silahlı basqın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.


Stokholmdan 190 kilometr şimalda yerləşən Sandviken qəsəbəsində baş verən hücumda ölənlərdən birinin 70 yaşlarında olduğu, yaralananların isə restoranın müştəriləri olduğu bildirilib.

Polis sözçüsü açıqlamasında, 20 yaşlarında ölən şəxsin əsas hədəf olduğunu və digər 3 nəfərin isə təsadüfən orada olduğunu bildirib.

Sözçü hücumçunun cinayətkar dəstə ilə əlaqəsinin ola biləcəyini bildirsə də, mövzu ilə bağlı ətraflı açıqlama verməyib. Hücum edən şəxs hələ də tutulmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu