KİV: ABŞ-ın Çin idxalına 10 faizlik tarifləri qüvvəyə minir
ABŞ-ın Çindən idxala 10%-lik yeni tarifləri çərşənbə axşamı qüvvəyə minib.
AFN.az xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Bildirilir ki, yeni tariflər fevralın 4-də ABŞ-ın Şərq Sahil vaxtı ilə saat 00:01-dən qüvvədədir.
Agentlik qeyd edir ki, Vaşinqton administrasiyasının bu addımı dünyanın iki ən böyük iqtisadiyyatı arasında yenidən ticarət müharibəsi riski yaradıb.
Tramp fevralın 1-də Kanada, Çin və Meksikadan gələn mallara rüsumların tətbiqi ilə bağlı sərəncam imzalayıb.