ABŞ-da hərbi helikopterlə toqquşaraq qəzaya uğrayan sərnişin təyyarəsinin qara qutusu tapılıb
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) paytaxt Vaşinqton yaxınlığındakı Ronald Reyqan Hava Limanında hərbi vertolyotla toqquşduqdan sonra çaya düşən sərnişin təyyarəsinin mühüm uçuş məlumatlarını ehtiva edən qara qutunun tapıldığını açıqlayıb.
NTSB-dən "USA Today"ə bildiriblər ki, Potomak çayında axtarış aparan ekipajlar qəzanın son anlarını və şəraitlərini müəyyən etmək üçün əsas olan pilot kabinəsinin səs yazıcısını və uçuş məlumatlarının yazıcısını tapıblar.
NTSB sözçüsü Peter Knudson qara qutunun müayinə üçün laboratoriyaya aparıldığını bildirərək, təyyarədə başqa heç bir qeyd cihazının olmadığını və qrupların helikopterdə səs yazıcısının tapılması üçün işləri davam etdirdiyini bildirib.
Uçuş məlumatlarını qeyd edən qara qutunun qəzanın son anlarını və səbəbini aydınlaşdıracağı gözlənilir.