Çin ABŞ-ı Tayvan məsələsinə ehtiyatla yanaşmağa çağırır

Çinin xarici işlər naziri Vanq Yi ilə ABŞ dövlət katibi Marko Rubio ilə ilk telefon danışığı baş tutub.
Vanq Yi bildirib ki, iki tərəf Çin-ABŞ münasibətlərinin sabit, sağlam və davamlı inkişafını təşviq etmək üçün əlaqə saxlamalı, fikir ayrılıqlarını aradan qaldırmalı və əməkdaşlığı genişləndirməlidir.
AFN.az xəbər verir ki, bu barədə “China Daily” məlumat yayıb.
Vanq Yi Tayvan məsələsində Çinin mövqeyini geniş şəkildə izah edərək, ABŞ-ı məsələyə son dərəcə ehtiyatla yanaşmağa çağırıb.
O, Amerika tərəfinə üç birgə Çin-Amerika kommünikesində təsbit edilən vahid Çin prinsipinə sadiqliyini xatırladıb və Vaşinqtonun verdiyi vədlərdən geri çəkilməməli olduğunu vurğulayıb.
Çin Xarici İşlər Nazirliyinin bəyanatına görə, Rubio ABŞ tərəfinin fikir ayrılıqlarını lazımi qaydada həll etməyə hazır olduğunu bildirib.
O, ABŞ-ın “Tayvanın müstəqilliyini” dəstəkləmədiyini və Tayvan probleminin sülh yolu ilə həllinə ümid etdiyini bir daha vurğulayıb.