Suriya Rusiya mallarının idxalına qadağa qoyub


Suriya Rusiya, İsrail və İrandan malların öz ərazisinə gətirilməsinə qadağa qoyub.



Bu barədə “Al Arabi” portalı ölkənin Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.

Səlahiyyətlilərin fikrincə, ölkəyə qanunsuz gətirilən mallar müsadirə olunacaq. Eyni zamanda, Suriyada İsrail məhsullarının idxalına qoyulan qadağa uzun illərdir ki, qüvvədədir.

Həmçinin Quru, Dəniz Limanları və Hava Limanları Baş İdarəsinin əmrinə əsasən, bundan sonra iranlıların və israillilərin də ölkəyə girişi qadağan ediləcək. Müvafiq qadağa hələ ruslara şamil edilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu