AŞPA Gürcüstana insan haqlarının qiymətləndirilməsi missiyası göndərib


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsi parlament seçkilərindən sonra yaranmış siyasi böhran və Aİ-yə üzvlüklə bağlı danışıqların dayandırılması fonunda Gürcüstanın beynəlxalq öhdəliklərinə əməl etməsini qiymətləndirir.


“Novosti-Qruziya” xəbər verir ki,Gürcüstan üzrə həmməruzəçilər Klod Kern və Edit Estrelanın rəhbərlik etdiyi faktaraşdırıcı missiya yanvarın 14-dən 16-dək Tiflisdə olub. AŞPA əvvəlcədən bunun müntəzəm monitorinq səfəri olduğunu və siyasətçilərlə görüşlərə legitimliyə siyasi dəstək kimi baxılmamalı olduğunu vurğulayıb.

Missiya üzvləri parlamentin spikeri Şalva Papuaşvili və “Gürcü arzusu”nun bir sıra digər liderləri ilə danışıqlar aparıblar. Papuaşvili bildirib ki, parlamenti boykot etmək hər seçkidən sonra müxalifətin ümumi taktikasıdır. O, həmçinin bəyan edib ki, hakimiyyət Avropa İttifaqı ilə inteqrasiyadan əl çəkmir və buna nail olmaq üçün çox iş görür.

Gürcüstan mətbuatı yazır ki, bu gün həmməruzəçilər vətəndaş cəmiyyətinin nümayəndələri və müxalifət liderləri ilə görüşüblər.

Girçi Partiyasının rəhbəri Zurab Caparidzenin sözlərinə görə, onlar “Gürcü arzusu"nun dinc nümayişçilərə qarşı qəddar taktikasından danışıblar.

“Onlar həm də son nəticədə mövcud vəziyyətdən çıxış yolunun nə ola biləcəyi ilə maraqlanırdılar. Biz izah etdik ki, burada yalnız iki məqam var – siyasi məhbusların azad edilməsi və yeni seçkilərin keçirilməsi”, – deyə Caparidze bildirib.

Komitə üzvləri “Gürcüstan Naminə” müxalifət partiyasının lideri Giorgi Qaxariya ilə də görüşüblər. O, Batumidə hakim partiyanın nümayəndələri tərəfindən döyüldükdən sonra evində müalicəsini davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu