ABŞ və Rusiya arasında hələ də siyasi dialoq yoxdur - Peskov
ABŞ və Rusiya arasında hələ də siyasi dialoq yoxdur, yalnız texniki əlaqələr var.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Vaşinqtonla Moskva arasında, həm hərbi, həm də diplomatik müstəvidə müəyyən təmas kanalları var. Amma bunlar daha çox texniki səviyyəli təmaslardır, ən yüksək səviyyədə siyasi dialoq olmayıb və hələ yoxdur" - deyə o qeyd edib.
Daha əvvəl “The New York Times” öz mənbələrinə istinadən xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin 2022-ci ilin fevral ayından rabitə kanallarını bağlı saxlayırlar.