ÜST rəhbəri: Yəməndə xilas olmağımız möcüzə idi


ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Yəmənin paytaxtı Səna hava limanına endirdiyi hava hücumundan möcüzəvi şəkildə xilas olub.


AFN.az xəbər verir ki, bu barədə təşkilat rəhbəri özü BBC radiosuna bildirib.

“Bizim bəxtimiz gətirdi, əgər raket bir az kənara çıxsaydı, başımızın üstünə düşə bilərdi. Bütün bunlardan sonra həmkarım dedi ki, bizim xilas olunmağımız möcüzədir”, - deyə təşkilat rəhbəri qeyd edib.

Xatırladaq ki, dekabrın 26-da İsrail Yəməndə bir sıra hava hücumları həyata keçirib, o cümlədən Sənanın cənubundakı elektrik stansiyasına və sahildəki liman infrastrukturuna zərbələr endirib. ÜST rəhbəri də hücum zamanı Səna hava limanında vurulub, lakin sağ qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu