İtaliyada itən 2 alpinistin cəsədi 5 gündən sonra tapılıb


İtaliyanın Qran Sasso dağında itən və 5 gündür axtarışda olan 2 alpinistin cəsədinin tapıldığı bildirilib.



İtaliyanın xilasetmə qrupları əlverişsiz hava şəraiti və uçqun təhlükəsi səbəbindən alpinistlərin yoxa çıxdıqları qarla örtülü qayalıq əraziyə helikopterlə çatıb.

Qran Sasso dağına dırmaşan 2 alpinistin cəsədini qruplar yoxa çıxdıqdan 5 gün sonra tapıblar.

İtaliya mətbuatında yayılan xəbərlərə görə, alpinistlərdən biri çətin şəraitə baxmayaraq təcili yardım çağıra bilib.

Xəbərdə alpinistlərin düşdüyü nöqtələr arasında təxminən 20 metr məsafənin olduğu və bir-birlərini görməsələr də bir-birlərini eşitdikləri iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu