Hollandiyada 11 günlük rekord fasilədən sonra günəş parlayıb


Hollandiyada 11 günlük rekord fasilədən sonra günəş yenidən üzünü göstərib.



Buludlu havası ilə tanınan Hollandiya 1993-cü ildən bəri günəşsiz ən uzun dövrü yaşasa da, bu gün buludların arasından üzünü göstərən günəş hollandları sevindirib.

Hollandiyada yeni il yaxınlaşdıqca buludlu hava rekord müddətdə qüvvəyə minib və günəşin çıxması insanların küçələrə çıxmasına səbəb olub.

“Weeronline” hava saytının məlumatına görə, dekabrın 9-dan etibarən aramsız buludlu və tutqun olan hava son 31 ilin günəşsiz ən uzun dövrü olaraq qeyd edilib.

Hollandiyada həftəsonunun yağışlı və günəşli olacağı bildirilir.

Qeyd edək ki, Hollandiya 1959-cu ildə 14 gün günəşsiz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu