Keçmiş prezident insan alverində ittiham olunur


Boliviyanın Tariya Departamentinin Prokurorluğu insan alverində şübhəli bilinən ölkənin keçmiş prezidenti Evo Moralesə qarşı ittiham irəli sürüb.


AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

“Bu gün insan alveri ilə bağlı rəsmi ittiham irəli sürülüb. İki şəxs dindirilmək çağırışına əməl etməyib, onların saxlanması üçün order var”, – deyə prokuror Sandra Qutierrez bildirib.

Prokurorlar həmçinin sərhəd orqanlarından Moralesin uçuş riski barədə məlumatlandırılmasını istəyiblər. Yaxın günlərdə məhkəmə eks-prezidentin həbsdə saxlanması ilə bağlı prokurorun vəsatətinə baxılması üçün vaxt təyin etməlidir.

İnsan alveri qurbanının anası da ittiham olunub. Müstəntiqlərin fikrincə, 15 yaşlı qızın valideynləri onu Moraleslə dövlət sektorunda karyera qurmaq üçün təqdim ediblər. Oktyabrın əvvəlində Boliviyanın ədliyyə naziri Sezar Sayles bildirib ki, eks-prezidentlə münasibəti nəticəsində azyaşlı qız hamilə qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu