Ambulator dərman təminatına başlamaq üçün yarım il vaxt lazımdır - Zaur Əliyev
“Ambulator dərman təminatına gələn ilin ikinci yarısından başlanılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ilin yekunlarına dair keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub: “Məlumat üçün bildirim ki, “Tibbi sığorta haqqında” Qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin 2-ci yarısı başlanılacaq”.