Danimarka və Norveç suriyalı qaçqınların qəbulunu dayandıracaq
Danimarka və Norveç suriyalı qaçqınların sığınacaq müraciətlərinin qəbulunu dayandırır.
Bu barədə Fransanın AFP agentliyi xəbər verib.
Danimarka Qaçqınlar Şurasının nəşrə bildirdiyinə görə, agentlik ölkədəki qeyri-müəyyən vəziyyətə görə Suriyadan gələnlərin işlərinə baxılmasını dayandırmaq qərarına gəlib. Norveç İmmiqrasiya İdarəsi də vəziyyət normallaşana qədər suriyalıların işlərinə baxılmasını dayandırmaq niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, daha əvvəl də Avstriya hakimiyyəti suriyalı qaçqınlara sığınacaq verilməsini sonrakı xəbərdarlığa qədər dayandıracağını açıqlamışdı.