ABŞ-ın Kaliforniya ştatında 7 bal gücündə zəlzələ baş verib
ABŞ-ın Kaliforniya ştatının şimal sahillərində baş verən 7 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
ABŞ Geoloji Xidməti zəlzələnin yerli vaxtla saat 10.44-də sahildən təxminən 63 kilometr aralıda və 0.6 kilometr dərinlikdə baş verdiyini açıqlayıb.
Şimali Kaliforniya və Oreqon ştatlarında hiss edilən zəlzələdən sonra ABŞ Milli Hava Xidmətinin Sunami Mərkəzi sunami xəbərdarlığı edib.
ABŞ-ın ən böyük ştatı olan Kaliforniyanın şimalında baş verən zəlzələ və ardınca sunami xəbərdarlığı bölgəni təşvişə salıb.
Amerika mediası sunami xəbərdarlığının ən azı 5 milyon insanı əhatə etdiyini bildirib.