Cənubi Koreyanın müdafiə naziri istefa verdi
Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun istefa ərizəsini ölkə prezidentinə təqdim edib.
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Agentlik onun sözlərini sitat gətirib: "Mən istefa ərizəmi prezidentə təqdim etdim".
O həmçinin vətəndaşlardan üzr istəyib.