Mədəsində bir kiloqram narkotiklə saxlandı
İstanbul Sabiha Gökçen hava limanında mədəsində bir kiloqram narkotiklə yaxalanan əcnəbi şübhəli həbs edilib.
Anadolu Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosunun başlatdığı istintaq çərçivəsində noyabrın 25-də Misirin Qahirə hava limanından Sabiha Gökçen hava limanına gələn, Anqola pasportu daşıyan A.B.L. saxlanıb.
Polis qrupları tərəfindən hava limanında saxlanılan şübhəlinin tibbi müayinəsi zamanı onun mədəsində 55 kapsulda 1 kilo 10 qram narkotik maddə olduğu müəyyən edilib.
Xəstəxanadakı əməliyyatlardan sonra Anadolu Ədalət Sarayına gətirilən şübhəli prokurorluqda ifadə verib.
Şübhəli A.B.L ifadəsində sözügedən maddənin narkotik olduğunu bilmədiyini və yalnız “Abdül” adlı şəxsdən pul almaq üçün bu işə girdiyini iddia edib.
O, “narkotik idxal etməkdə” ittiham olunaraq həbs edilib.