Рücumlarda onlarla Suriya əsgəri həlak olub və yaralanıb
Hələb və İdlibdə “Cəbhət ən-Nusra” hücumları dəf edərkən onlarla suriyalı hərbçi həlak olub və yaralanıb.
Bu barədə Suriya Silahlı Qüvvələrinin baş komandanlığı məlumat yayıb.
“Silahlı qüvvələrimiz onların irəliləyişini dayandırmaq üçün 100 km-dən çox zolaqda onlara (yargılılara - red.) qarşı şiddətli döyüşlər aparıb. Döyüşlər zamanı silahlı qüvvələrimizin onlarla əsgəri həlak olub və yaralanıb”, - "Suriya News"un bəyanatdan sitat gətirib.
Bildirilib ki, “Cəbhət ən-Nusra” ilə əlaqəli qüvvələr minlərlə əcnəbi döyüşçü, ağır silahlar və çoxlu sayda pilotsuz təyyarələrin dəstəyi ilə son günlər Hələb və İdlibdə bir neçə istiqamətdən kütləvi hücuma keçiblər.
Suriya hərbçilərinin məlumatına görə, onlar son saatlarda Hələbin bir çox bölgələrinə soxulublar. Qeyd olunur ki, hökumət ordusu əlavə qüvvələr gözlədiyi üçün silahlılara zərbələr endirməkdə davam etdiyindən qruplar mövqelərdə möhkəmlənə bilmir.
Bir gün əvvəl Suriya ordusunun Hələb və İdlibdə yüzlərlə hücumçunu məhv etdiyi və yaraqlıların möhkəmləndiyi bütün nöqtələrdə hücumlarını davam etdirdiyi bildirilib.