Netanyahu fələstinlilərə mükafat vəd etdi
İsrail HƏMAS-ın əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib: “Bu vəziyyətdən çıxmaq istəyən fələstinlilərə deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik".
Netanyahu qeyd edib ki, hər bir halda nəticə eyni olacaq: "Biz girovları azad edəcəyik, indi isə seçim sizindir".