Onkoloji xəstələrin tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir - deputat


“Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir”.


AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı deyib.

“İnsanlar arasında böyük tələfata səbəb olan onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur. 5 il əvvəl büdcədə səhiyyə xərcləri 780-800 milyon manat olub. Bu gün İcbari Tibbi Sığorta Fondunun da vəsaitləri daxil olmaqla, bu vəsait 4 dəfə artıb və 3.5 milyard manata çatıb. Ancaq onkoloji xidmətlərə ayrılan vəsait 50 milyon manat çərçivəsində qalıb.

Onkoloji xəstəliklərin müalicəsinin İcbari Tibbi Sığortaya daxil olmaması anlaşılan deyil. Çünki ürək-damar xəstəliklərindən sonra, ən çox yayılmış xəstəliklərdən biri onkoloji xəstəliklərdir. Bizə deyirlər ki, bu, böyük vəsait tələb edir. İlk addım olaraq, bu xəstələrin müalicəsi üçün dərman preparatlarını icbari tibbi sığortaya daxil etmək olar”, - deyə Ə.Əmiraslanov əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu