Sumqayıtda qadın pomidor turşusundan zəhərlənib öldü


Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.

Ölkə.az xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün 12.11.2024-cü il tarixində Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib.

O bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu