Sumqayıtda partlayış: Ölən var - YENİLƏNİB


Baş Prokurorluqdan hadisənin detalları ilə bağlı açıqlama verilib.


Qurumun Mətbuat xidmətindən bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

***

APA-nın xəbərinə görə, hadisə 8-ci mikrorayon ərazisində, 27 A ünvanında yaşayış binasında qeydə alınıb.


Orada olan bir nəfərin əlində qumbara partladığı və həmin şəxsin öldüyü bildirilir.

***

Sumqayıt şəhərində mənzildə partlayış olub.


AFN.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu