300 karatlıq tarixi daş-qaş rekord qiymətə satıldı


Kraliça II Elizabetin tacqoyma mərasimində taxılan və Mari Antuanettanın qalmaqallı süqutu ilə əlaqəsi ola biləcək sirli boyunbağı Cenevrədə keçirilən hərracda 4,8 milyon dollara satılıb.



Təxminən 300 karatlıq brilyantlarla bəzədilmiş bu 18-ci əsrə aid antik boyunbağının "Sotheby's" hərrac evində keçirilən "Kral və Soylu Cəvahirat" satışında 1,8 ilə 2,8 milyon dollar arasında satılacağı gözlənilirdi.

Lakin gərgin rəqabətdən sonra yekun qiymət vergilər və komissiyalar daxil olmaqla 4,26 milyon İsveçrə frankı olaraq qeydə alınıb.

Boyunbağı telefon vasitəsilə təklif verən anonim alıcı tərəfindən alınıb. "Sotheby's" zərgərlik departamentinin rəhbəri Andres Vayt Koreal, alıcının sevincdən sıçradığını ifadə edərək, enerji dolu bir gecə olduğunu deyib.

Mənbə: The Guardian



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu