Nadir "Pokemon" kartı ABŞ-da hərracda 360 min dollara satıldı
ABŞ-ın Nyu-York şəhərində keçirilən "Sotheby's" hərracında nadir "Pokemon" cizgi seriyası oyun kartı 360 min dollara satılıb.
Yaponiyanın "Kyodo" agentliyinin xəbərinə görə, 1998-ci ildə buraxılan kartda cizgi filminin ən tanınmış personajlarından biri olan "Pikaçu" var.
Nyu-Yorkdakı "Sotheby's" hərrac evində hərracda 360 min dollara satılan kart yalnız 39 rəsmi nüsxədən biridir.
"Sotheby's" elan edib ki, kartda "Pokemon" cizgi filmləri seriyasının ticarət kartı oyununun yaradıcılarından biri Takumi Akabanenin də imzası var.
Kartın satıcısı və onun yeni sahibi haqqında məlumat verilməyib.
Sözügedən 39 kart 1998-ci ildə Yaponiyada nəşr olunan "CoroCoro Comic" jurnalının təşkil etdiyi rəsm müsabiqəsinin qaliblərinə paylanıb.
Kartlardan biri 2021-ci ildə 5 milyon 275 min dollara satılaraq ən bahalı "Pokemon" kartı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Mənbə: AA