Çin okeanların duzluluğunu ölçmək üçün peyk buraxıb
Çin okeanların duzluluğunu ölçmək üçün ilk peykini uğurla orbitə buraxıb.
AFN.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Haiyang-4-01” kosmik gəmisini daşıyan CZ-4B raketi bu gün Taiyuan Peyk buraxılış Mərkəzindən orbitə buraxılıb.
Çin tərəfi peykdən alınan məlumatlardan milli iqtisadiyyatın maraqları naminə istifadə etməyi planlaşdırır.
Bundan əvvəl Çinin “Zhongke Yuhang” şirkətinin 15 peyklə birlikdə “Kinetica-1” raketini orbitə çıxardığını bildirilmişdi.