İspaniyada daşqın qurbanlarının sayı 219 nəfərə çatıb


İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 219-a çatıb. Qurbanların böyük əksəriyyəti ölkənin şərqindəki Valensiya muxtar icmasındandır.


AFN.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb.

Bildirilir ki, itkin düşənlərin sayı 93-ə çatıb. Eyni zamanda, hakimiyyət təbii fəlakət nəticəsində ölənlərdən 54-nün hələ də şəxsiyyətinin müəyyən edilmədiyini açıqlayıb.

Bundan əvvəl 217 nəfərin öldüyü, 89 nəfərin itkin düşdüyü bildirilirdi.

Krallığın cənub və şərqində yağan yağışlar səbəbindən hava təhlükəsi səviyyəsi maksimuma yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu