Mask Harrisi yalan danışmaqda ittiham edib


Amerikalı milyarder İlon Mask ABŞ-ın vitse-prezidenti Kəmalə Harrisin amerikalı hərbçilərin xaricdəki silahlı münaqişələrdə iştirak etməməsi ilə bağlı sözlərini yalan adlandırıb.


AFN.az xəbər verir ki, o, bu barədə amerikalı komediya ustası Co Roqanla söhbətində bildirib. Həmin söhbətin videosu Maskın YouTube kanalında yayımlanıb.

“Mən döyüş bölgələrində olan hərbçiləri tanıyıram. Vitse-prezident kimi siz həm rəsmi, həm də qeyri-rəsmi olaraq orada olan hərbçiləri tanıyırsınız”, - Mask bildirib.

Milyarder Harrisin sözlərinin “açıq yalan olduğunu” deyıb.

Qeyd edək ki, Harris Çinin Tayvana hücumu zamanı ABŞ hərbi gücündən istifadənin mümkünlüyü ilə bağlı suala cavab verərək, “hipotetik məsələləri müzakirə etmək” niyyətində olmadığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu