Hindistanda kəndlilər Harrisin qələbəsi üçün dua edirlər


Hindistanın cənubundakı Tamil Nadu əyalətində Kamala Harrisin ana əcdadlarının gəldiyi Tulasendrapuram kəndinin sakinləri ABŞ vitse-prezidentinin ölkəsində keçiriləcək prezident seçkilərində uğur qazanması üçün dualar edirlər.


AFN.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb.

"Çərşənbə axşamı səhər məbəddə xüsusi dua olacaq" - deyə məbədin yaxınlığında kiçik bir mağaza işlədən Manikandan adlı kənd sakini bildirib. Onun sözlərinə görə, Harris qalib gəlsə, kənddə bayram olacaq.

Məbəddə Harrisin və babasının adları daşa həkk olunub. Çöldə “yerin qızı”na seçkilərdə uğurlar arzulayan böyük pankart var. Bütün yerli sakinlər onun ABŞ tarixində bu vəzifədə xidmət edən ilk qadın ABŞ prezidenti və Cənubi Asiya əsilli ilk şəxs olacağına inanır.

Vaşinqtondan 13.000 km məsafədə yerləşən Thulasendrapuram kəndi dörd il əvvəl sakinləri Demokratik Partiyanın 2020-ci ildə qələbəsi üçün dua etmişdi. Daha sonra Harrisin ABŞ vitse-prezidenti kimi andiçmə mərasimini fişənglər yandıraraq və yemək paylayaraq qeyd etdikdə dünyanın diqqətini çəkmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu