BMT: Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsi ilə bağlı xəbərlər narahatedicidir


Birləşmiş Millətlər Təşkilatı (BMT) Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsi ilə bağlı son xəbərləri ciddi narahatlıqla izlədiklərini açıqlayıb.



Ukraynadakı hadisələr BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) müzakirə edilib.

BMT-nin Siyasi Məsələlər Bölməsində Avropa, Mərkəzi Asiya və Amerika üzrə Baş katibin müavini Miroslav Yença üzv ölkələri burada məlumatlandıraraq, Rusiyanın hücumları nəticəsində Ukraynada daha çox mülki itkilərin olduğunu və kritik infrastruktura ziyanın davam etdiyini bildirib.

Mülki şəxslərə və mülki infrastruktura qarşı hücumların beynəlxalq hüquqla qadağan edildiyinə diqqət çəkən Yença, "Bu hücumlar harada olursa olsun qəbuledilməzdir və dərhal sona çatmalıdır" deyib.

Yença Rusiya-Ukrayna müharibəsinin Ukraynadakı mülki şəxslərə vurduğu dağıdıcı təsirlə yanaşı, regional və qlobal gərginlik və parçalanmaları gücləndirməyə davam etdiyinə diqqət çəkib:

“Biz Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsi ilə bağlı son xəbərləri ciddi narahatlıqla izləyirik. Sözügedən şəxsi heyətin münaqişə zonasına göndərilməsi ehtimalı belə narahatlıq doğurur” deyə Yença qeyd edib.

Mövzu aid hesabatlarla bağlı BMT-nin əlavə məlumatı olmadığını bildirən Yença, xəbərləri yoxlamaq və ya təsdiqləmək mövqeyində olmadığını bildirib.

“Biz bütün müvafiq aktorları Ukraynada müharibənin yayılmasına və şiddətlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”. Mesajını verən Jença BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı da bəzi qərarlar verdiyini xatırladıb.

“Biz bütün ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, xüsusən də Şimali Koreya ilə bağlı qətnamələrə əməl etməyə çağırırıq”, - deyə Jença bildirib.

Ukraynada müharibənin təhlükəli şəkildə şiddətlənən kursuna diqqət çəkən Yença bunun daha çox ağrı, dağıntı və dərin geosiyasi parçalanmalara səbəb olacağını qeyd edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu