Qəzzada heç kimin heç nə edə bilməməsi məni sadəcə heyrətləndirir - BMT nümayəndəsi


Beynəlxalq ictimaiyyət Qəzza zolağında baş verən dəhşət və kabuslara yetərincə diqqət yetirmir, dinc əhali arasında itkilərə məhəl qoymur.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) nümayəndəsi Sem Rouz bildirib. “Bütün diqqət Qəzza zolağındadır, lakin bu, heç nəyi dəyişmir. Keçmişdə belə bir hiss var idi ki, nə vaxtsa regiondakı vəziyyət elə bir nöqtəyə çatacaq ki, dünya “bəsdir” deyəcək” - deyə Rouz “Politico” nəşrinə açıqlamasında qeyd edib.

UNRWA nümayəndəsinin sözlərinə görə, KİV-də yayılan “dəhşət hekayələri” və Qəzza zolağında münaqişənin eskalasiya səviyyəsi dünyanın hərəkətə keçməsi üçün kifayət etmir: "Münaqişə boyu ikili standartlar hissi var: əgər bu, fələstinlilərdən başqa bir xalqın başına gəlsəydi, ictimai reaksiya çox fərqli olardı".

Mütəxəssis həmçinin bildirib ki, İsrailin sentyabrın 11-də Qəzza zolağının mərkəzində UNRWA-nın 6 əməkdaşının həlak olduğu məktəbə hücumundan sonra təşkilatın əməkdaşları BMT simvolları olan gödəkçələr geyinmək istəmirlər: “Çünki onlar bunu etsələr, hədəf olacaqlarından qorxurlar. Heç kimin heç nə edə bilməməsi məni sadəcə heyrətləndirir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu