Vərəm yenidən ən ölümcül yoluxucu xəstəlik oldu


Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəm COVID-19-u ötərək 2023-cü ildə ən ölümcül yoluxucu xəstəlik olub. Müalicə imkanları artsa da, xəstəliyin dərmana davamlı forması və aşağı gəlirli ölkələrdə maliyyə çatışmazlığı vərəmlə mübarizədə böyük maneələr yaradır.


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə axşamı dərc etdiyi hesabata görə, vərəm 2023-cü ildə COVID-19-u ötüb keçərək, yoluxucu xəstəliklərdən ölüm nisbəti ən yüksək olan xəstəlik olub. Hesabatda qeyd edilir ki, qlobal miqyasda xəstəliyin aradan qaldırılması səyləri hələ də ciddi maneələrlə üzləşir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, keçən il təxminən 8,2 milyon insana vərəm diaqnozu qoyulub və müalicə oluna bilib. Bu rəqəm təşkilatın 1995-ci ildə qlobal vərəm monitorinqinə başlamasından bəri qeydə alınan ən yüksək rəqəm olub və 2022-ci ildə bildirilən 7,5 milyon yoluxma ilə müqayisədə artıb.

2023-cü ildə xəstəlikdən ölənlərin sayı 2022-ci ildəki 1,32 milyondan 1,25 milyona enib, xəstəliyə yoluxanların ümumi sayı isə bir qədər artaraq 10,8 milyona çatıb. ÜST xəstəliyin azaldılması üçün qlobal hədəflərin və mərhələlərin geridə qaldığını və 2027-ci ilə qədər qarşıya qoyulan hədəflərə nail olmaq üçün əhəmiyyətli irəliləyiş tələb olunduğunu vurğulayıb.

Aşağı və orta gəlirli ölkələr xəstəliyin 98 faizini daşıdığı halda, bu ölkələr əhəmiyyətli maliyyə çatışmazlığı ilə üzləşirlər. 2023-cü ildə yeni vərəm yoluxmaları ilə bildirilmiş hallar arasındakı fərq təxminən 2,7 milyon nəfər geriləyib. Bu, COVID-19 pandemiyası zamanı 2020 və 2021-ci illərdə təxminən 4 milyon idi.

ÜST həmçinin xəstəliyin dərmana davamlı formasının hələ də ictimai sağlamlıq böhranı yaratdığını bildirib.

Mənbə: Reuters



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu