Şopenin bəsdəsi 200 ildən sonra tapıldı
Dünya şöhrətli Polşa bəstəkarı Frederik Şopenin təxminən 200 il əvvəl yazdığı vals Nyu Yorkdakı Morqan Kitabxanası və Muzeyinin anbarında aşkar edilib.
2024-cü ilin yazında kurator Robinson Makklellan Şopenin öz əli ilə adını yazdığı kağız parçasını tapıb.
Makklellan qeyd edib ki, o, musiqi notlarını ilk görəndə tanıya bilməyib. Kağızın fotosunu çəkib evdə ifa etdikdən sonra da əsərin Şopenə aid olub-olmamasından əmin olmayan kurator qeydləri həm Polşa bəstəkarı üzrə ixtisaslaşan akademikə gönddərib, həm də kağız və mürəkkəbin yoxlanılmasını təmin edib. Aparılan müayinələr nəticəsində əsərin Şopenə məxsus olduğu qəti qənaətinə gəlinib.
Makklellan əlyazmanın yazılmasının Şopenin üslubuna uyğun olduğunu ifadə edərək, “Biz artıq bu nəticədən tam əminik” dedi. Bununla belə, "New York Times" klassik musiqi tarixində saxta kəşflərin tez-tez baş verdiyini xatırladıb və bu kəşfə şübhə ilə yanaşanların da olduğunu bildirib.
1849-cu ildə 39 yaşında vəfat edən Şopenin bu günə qədər 250-yə yaxın əsəri məlumdur və yeni əsərin kəşfi çox nadir hadisə hesab olunur. Muzeyin hesablamalarına görə, Şopenin bu əsəri 20 yaşlarının əvvəllərində yazdığı ehtimal edilir.
Dünya şöhrətli çinli pianoçu Lang Lang Şopenin yeni kəşf edilən əsərini dəyərləndirərək əsərin çarpıcı qaranlığı müsbətə çevirdiyini bildirib. Şopenin tapılmış yeni əsəri klassik musiqi aləmində böyük maraq doğurub.
Mənbə: Guardian