İran gələn ilin büdcəsində müdafiə xərclərini üç dəfə artırıb
İranda hökumətin təqdim etdiyi və parlamentin təsdiqlədiyi büdcədə hərbi xərclər üçün ötən illə müqayisədə 200 faizdən çox artım nəzərdə tutulub.
Hökumət sözçüsü Fatma Mühacərani paytaxt Tehranda keçirdiyi mətbuat konfransında mövcud hadisələri dəyərləndirib.
Layihəsi bu gün parlament tərəfindən təsdiqlənən gələn ilin büdcəsində müdafiə ehtiyaclarının qarşılanması üçün hər cür səy göstərildiyini deyən Mühacərani "Bu məsələyə xüsusi diqqət yetirilib. Bu səbəbdən ölkənin hərbi büdcəsinə 200 faizdən çox ciddi artım edilib” qeyd edib.
Mühacəranidən İranın ABŞ-dakı prezident seçkiləri ilə bağlı fikri soruşulduqda, “Bu seçki məsələsi Amerika xalqına aiddir və bu iki namizəddən hansının seçiləcəyi bizim üçün önəmli deyil” deyib.
Mühacərani ABŞ-da seçiləcək prezidentin digər ölkələrin milli suverenliyinə hörmətlə yanaşacağına və bölgədə gərginliyə səbəb olan siyasətlərdən əl çəkəcəyinə ümid etdiklərini ifadə edib.
Mühacərani bildirib ki, qeyri-qanuni mühacirlərlə mübarizə məqsədilə ölkənin şərq sərhədlərində divar hörmə prosesi və icazəsiz xarici ölkə vətəndaşlarının deportasiyası davam edir.
Mənbə: AA