Bayden: Dünya Trampın yenidən prezident olması ehtimalından narahatdır


ABŞ prezidenti Co Bayden 5 noyabr seçkilərində sələfi və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın Ağ Evə qayıtma ehtimalının dünya liderlərini narahat etdiyini iddia edib.


O, Nyu-Hempşirdəki çıxışında digər ölkələrin liderləri ilə təkbətək görüşlərinə işarə edib. "Liderlər bir-birinin ardınca səssizcə məni kənara çəkərək "Co, o qalib gələ bilməz. Demokratiyam təhlükədədir" deyirlər" - deyə ABŞ lideri bildirib.

Bayden, ABŞ-dan başqa dünyaya liderlik edə biləcək heç bir ölkənin olmadığını iddia edib.

Çıxışından sonra prezident Bayden ştatdakı seçki qərargahına gedərək orada Trampı tənqid etməyə davam edib. O, Trampın demokratiya üçün "təhlükə" yaratdığını deyərək, onun həbsinin vacibliyindən danışıb. Lakin sonradan fikrini belə redaktə edib: "Siyasi olaraq onu kənarda qoymalıyıq. Etməli olduğumuz budur".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu