DSK üzvü Anar Bayramovun rəhbəri olduğu qurumu məhkəməyə verdi


İşçisi Gülmirə Şadlinskaya ilə məhkəmə çəkişməsində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı daha bir iddia qaldırılıb.


Qaynarinfo-nun məlumatına görə, Abbasov Əbülfət Kərim oğlu inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar adıçəkilən qurumu məhkəməyə verib.

Araşdırmalarımız zamanı məlum olub ki, Əbülfət Abbasov 10 saylı Binəqədi üçüncü Dairə Seçki Komissiyasının üzvüdür. Məhkəmə çəkişməsinin təfərrüatları bəlli deyil.

Gülmirə Şadlinskayaya gəlincə, o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin tabeliyində fəaliyyət göstərən Mərdəkan Reablitasiya Pansionatının əməkdaşıdır. 2018-ci ildən sözügedən pansionatda müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı işləyir. Gülmirə Şadlinskaya 2023-cü ilin martında müqaviləsi bitməmiş işdən çıxarılıb. Daha sonra məhkəmə vasitəsilə işinə bərpa edilib.

Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin rəhbəri Anar Bayramov onun yenidən işdən çıxarmaq istəyir. Bu baxımdan, Gülmirə Şadlinskaya yenidən məhkəməyə üz tutub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu