Polkovnik-leytenant FHN-ə qarşı


Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, polkovnik-leytenant Anar Həsənov qurumu məhkəməyə verib.


Qaynarinfo xəbər verir ki, Anar Həsənovun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Fərid İsmayılzadə iş üzrə hakim təyin edilib.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. Məhkəmə çəkişməsinin detalları məlum deyil.

Anar Həsənov 2021-ci ildə Türkiyədə meşə yanğınlarının söndürülməsində fərqlənib. Bu baxımdan, o, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı təltif edilib.

İddialara görə, Anar Həsənov bundan əvvəl təqaüdə göndərilib. Türkiyədəki təbii fəlakətə görə yenidən işinə bərpa edilib. Anar Həsənov Türkiyədən qayıtdıqdan bir müddət sonra isə yenidən işdən çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu