Çindən Livana tibbi ləvazimat yardımı


Çin Livanın səhiyyə sistemini dəstəkləmək üçün tibbi ləvazimat yardımı edib.



AFN.az xəbər verir ki, 3 min 601 qutu tibbi ləvazimat daşıyan Çin yük təyyarəsi bu gün səhər saatlarında Livanın paytaxtı Beyruta çatıb.

Bildirilib ki, tibbi avadanlıq yardımı anesteziya dərmanları, tənəffüs boruları, cərrahi xalat və oksigen maskalarından ibarət olub.

Çin Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi İsrailin Livana hücumlarını artırdıqdan sonra yardımın Livan hökumətinin tələbi əsasında hazırlandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu