Livan İsrailin Beyruta endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət göndərib


Livanın Nyu-Yorkdakı daimi nümayəndəliyi iyulun 30-da İsrailin Beyrutun cənub ətrafına endirdiyi zərbələrlə bağlı BMT Təhlükəsizlik Şurasına və BMT-nin baş katibi Antonio Quterreşə şikayət göndərib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Livanın xarici işlər və miqrasiya naziri vəzifəsini icra edən Abdalla Bou Habibin göstərişi əsasında Livanın Nyu-Yorkdakı daimi nümayəndəliyi bu gün Təhlükəsizlik Şurasına və Birləşmiş Millətlər Təşkilatının Baş katibinə son hadisələrlə bağlı şikayət göndərib" - deyə XİN-in X səhifəsində yayımlanan bəyanatda deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu