BMT: Dünyada 735 milyon insan aclıqdan əziyyət çəkir
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk dünyada 735 milyon insanın aclıqdan əziyyət çəkdiyini bildirib.
Onun sözlərinə görə, milyonlarla insan isə aclığın astanasındadır.
Türk X-dakı paylaşımında dünyada kifayət qədər qida olduğunu, ancaq israf edildiyini bildirib.
"Qida hüququnun bərqərar olması üçün qidanın mövcudluğu, əlçatanlığı, adekvatlığı və davamlılığını ön planda tutan sistemə keçmək lazımdır" - deyə BMT sözçüzü bildirib.