Tovuzda şərab zavodu yanır


Tovuzda şərab zavodu yanır.


Hadisə Tovuzun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, ərazidə yerləşən şərab zavodunda anidən yanğın olub.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Nazirlikdən bildirilib ki, "112” qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhərində zavodda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu