Bakıda açıq ərazi yanır
Bakıda açıq ərazi yanır.
Bu barədə AFN.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində açıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.