"One Direction" qrupunun üzvü eyvandan yıxılaraq ölüb


Britaniyanın dağılmış “One Direction” qrupunun üzvü Liam Peyn Argentinada qaldığı otelin eyvanından yıxılaraq ölüb.



Britaniya mətbuatında yer alan xəbərə görə, 31 yaşlı Peyn dağılan qrupun digər üzvü Niall Horanın konsertinə qatılmaq üçün Argentinaya gedib.

Buenos Ayres polisi alkoqol və ya narkotik maddənin təsiri altında olduğu təxmin edilən aqressiv bir müştəriyə müdaxilə etmək üçün "Casa Sur Palermo" adlı otelə gedən əməliyyat qrupunun otelə çatdıqları anda baxçada gurultu eşitdiyini və bir kişinin ağır yaralı halda yerdə yatdığı təyin etdiklərini açıqlayıb.

Buenos Ayres təcili yardım xidmətləri adından açıqlama verən Alberto Kresenti təxminən 40 metr hündürlükdə eyvandan yıxılan Peynə sağ qalma şansının çox aşağı olduğu bir vaxtda ilk yardımın edildiyini bildirib.

İlk xəbərin saat 17.04-də verildiyini, təcili yardımın isə 17.11-də hadisə yerinə gəldiyini bildirən Kresenti, Peynin hadisə yerində öldüyünü bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu