Trüdo Hindistanı Kanadada zorakılığı dəstəkləməkdə ittiham edib


Kanadanın Baş naziri Castin Trüdo Sıx separatçı təşkilatı Xalistan Azadlıq Qüvvələrinin (KLF) direktoru Hardeep Singh Niccarın qətli ilə bağlı təhqiqatda hind diplomatlarına ittiham irəli sürüldükdən sonra Hindistanı Kanada torpaqlarında vətəndaşlarına qarşı zorakılıq kampaniyasına dəstək verməkdə ittiham edib.



"CBC News" xəbər verir ki, Kanada Kral Atlı Polisi (RCMP) Hindistan hökumətinin agentlərini Niccarın öldürülməsi də daxil olmaqla Kanadada geniş zorakılıqda rol oynamaqda ittiham etdikdən sonra jurnalistlərə danışan Trüdo bu cür hadisələrin ictimai təhlükəsizliyə ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edib.

Trüdo heç bir ölkənin suverenliyinin bu cür əsaslı şəkildə pozulmasını qəbul etməyəcəyini vurğulayaraq, "Məncə, Hindistan hökuməti Kanada torpaqlarında kanadalılara qarşı cinayət fəaliyyətlərini dəstəkləyə biləcəyini düşünərək köklü bir səhv etdi. İstər qətl, istər qəsb, istərsə də digər hərəkətlər olsun. Zorakılıq, bu qətiyyən qəbuledilməzdir” deyib.

RCMP-nin Hindistanlı diplomatların şübhəli və qeyri-qanuni yollarla Kanada vətəndaşları haqqında məlumat topladığını ortaya qoyduğuna işarə edən Trüdo bu məlumatların daha sonra qəsbdən qətlə qədər zorakılıq hərəkətləri edəcək cinayət təşkilatlarına ötürüldüyünü söyləyib.

Trüdo diplomatlara və konsulluq işçilərinə qarşı irəli sürülən ittihamlarla bağlı əlavə məlumat verməsə də müvafiq proseslərə məhkəmələrdə baxılacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu