Masallı futbolunun yetirməsi İspaniyada: Əli Kiçikbəyov “Marcet”in hədəfində


Masallı futbol tarixində ilk yaşanır.


Tribunainfo.az xəbər verir ki, 2020-ci ildən fəaliyyət göstərir Masallı PFK-nın yetirməsi 2009-cu il təvəllüdlü Masallı rayon, Tatyanoba kənd sakini Kiçikbəyov Əli Fariz oğlu İspaniyanın Barcelona şəhərində yerləşən “Marcet” futbol akademiyasına transfer olub.
“Masallı” PFK-nın açıqlamasında qeyd edilir ki, Əli Kiçikbəyov 2023/2024 mövsümündə “Turan Tovuz” komandasına transfer edilib. Bundan sonra ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marcet” Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2008-2009-cu il təvəllüdlü 51 futbolçu arasında aparılmış seçimlərin nəticələri məlum olub.
15 futbolçu Barselonaya yollanaraq 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcəklər.
“Marcet” Futbol Akademiyasının məşqçiləri Rive ro Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi futbolçuları sınaqdan keçiriblər. Yeniyetmə idmançıların “Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub.
Tribunainfo.az olaraq Əli Kiçibəyova futbol karyerasında uğurlar arzulayır, xoş xəbərlərini gözləyirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu