ABŞ İranı Trampı öldürmək cəhdində ittiham edir


ABŞ İran hakimiyyətini Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampı və 2020-ci ildə iranlı general Qasım Süleymaninin ölümündə günahlandırdığı keçmiş yüksək rütbəli məmurları öldürmək üçün fəal cəhdlər etdiyini iddia edib.



Bu barədə “Politico” yazıb.

Media orqanı iddia edib ki, bu məsələni keçmiş parlamentarilər, məxfi xidmət agentləri və yüksək vəzifəli dövlət məmurları da daxil olmaqla 24 məmurla müzakirə ediblər. Onlar keçmiş dövlət işçiləri və onların ailə üzvlərinə rəqəmsal nəzarətin aparılması cəhdlərindən danışıblar. Onlar həmçinin ABŞ rəsmisinin xaricə səfəri zamanı şübhəli iranlı əməliyyatçılar tərəfindən izlənilmək cəhdləri barədə məlumat veriblər.

Qeyd olunur ki, Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşları Amerika hakimiyyətindən heç bir müdafiə almadıqları üçün təhlükəsizliklərini təmin etmək üçün yüz minlərlə dollar xərcləmək məcburiyyətindədirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu