Nikki Heyli ABŞ prezidentliyi yarışından çəkildiyini açıqlayıb


ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli martın 6-da prezidentlik yarışından çəkildiyini açıqlayıb.



Onun çıxışı Fox News tərəfindən yayımlanıb.

“Kampaniyaya fasilə verməyin vaxtıdır. Mən heç nəyə görə peşman deyiləm” deyə Heyli qeyd edib.

Heyli bildirib ki, bundan sonra prezidentliyə namizəd olmasa belə inandığı şeylər haqqında danışmaqdan əl çəkməyəcək.

Associated Press-in qeyd etdiyi kimi, Heylinin ABŞ prezidentliyinə namizədliyi uğrunda mübarizədən geri çəkilməsi Ağ Evin keçmiş rəhbəri Donald Trampı Respublikaçılar Partiyasından prezident seçkilərində əsas namizəd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu