Ukrayna Rusiya tərəfindən saxlanılan jurnalistin öldüyünü açıqlayıb
Ukrayna rəsmiləri Ukraynanın şərqində reportaj hazırlayarkən Rusiya qüvvələri tərəfindən saxlanılan ukraynalı jurnalist Viktoriya Roşçinanın öldüyünü açıqlayıb.
Ukrayna rəsmiləri tərəfindən dünən verilən açıqlamada Rusiya tərəfindən xəbər yayarkən saxlanılan Viktoriya Roşçinanın saxlanma prosesində öldüyü bildirilib.
Bəyanatda deyilir: “Ukraynalı jurnalist Viktoriya Roşçina rus əsirliyində ölüb. Viktoriyanın ölümünə görə məsuliyyət tamamilə Cenevrə konvensiyalarını növbəti dəfə pozan Rusiyanın üzərinə düşür. Onun ölümündə əli olan hər kəs müəyyən edilməli, adı açıqlanmalı və cəzalandırılmalıdır. Ən azı 25 ukraynalı jurnalist qeyri-qanuni həbs edilib və Rusiya əsirliyindədir. Rusiya Ukraynaya təcavüzü haqqında həqiqəti deyənlərə qarşı belə mübarizə aparır”.
Mənbə: DHA