Braziliya Livandan 217 vətəndaşını təxliyə edib

Braziliya Livandan 217 vətəndaşını təxliyə edib.
Milli mətbuatda yer alan xəbərə görə, Braziliya Hərbi Hava Qüvvələrinin (FAB) təyyarəsi Livandan Sao Pauloya 217 nəfəri gətirib.
21 min braziliyalının hələ də Livanda qaldığı və ölkələrinə qayıtmasını gözlədiyi paylaşılıb.
Prezident Luiz İnasio Lula da Silvanın göstərişi ilə indiyədək Livanda yaşayan 3 min braziliyalının ölkəyə gətirildiyi bildirilib.
FAB-dan verilən açıqlamada Livanda yaşayan braziliyalıların mərhələli şəkildə ölkəyə gətirilməsinin planlaşdırıldığı qeyd edilib.
Mənbə: AA