Fitch: "Milton" qasırğası 50 milyard dollar sığorta itkisinə səbəb ola bilər


Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings" "Milton" qasırğasının 50 milyard dollara qədər sığorta itkisinə səbəb ola biləcəyini açıqlayıb.



"Fitch"in verdiyi açıqlamada, güclü kapital səviyyələrini nəzərə alaraq "Milton" qasırğasının sığorta və qlobal təkrar sığorta şirkətlərinin kredit reytinqlərinə təsir göstərə bilməyəcəyi bildirilib.

Agentlik "Milton"un əhəmiyyətli iqtisadi və sığortalı itkilərə səbəb olduğuna diqqət çəkib.

Açıqlamada sığorta şirkətlərinin əhəmiyyətli miqdarda itkiləri təkrarsığorta bazarına köçürəcəyi bildirilib.

Qeyd edilib ki, "Milton" qasırğası 2024-cü ildə qlobal sığorta itkilərini 100 milyard dollara çatdıracaq və itkilərin bu həddi aşdığı ardıcıl beşinci il olacaq.

Açıqlamada daşınmaz əmlak bazarında "Milton" qasırğasının itkilərinə və 2024-cü ilin qalan hissəsində əlavə fəlakət itkilərinin miqdarına görə faiz dərəcələrində sərtləşmə müşahidə oluna biləcəyi, lakin 2023-cü ildəki kimi daşınmaz əmlakın təkrar sığorta qiymətlərində əhəmiyyətli artımların olmaq ehtimalının olmadığı qeyd edilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu